Endometrioz Xəstələrində Çanaq Dibi Problemləri
Şiddətli qasıq ağrısı, cinsi əlaqə zamanı batma hissi, yaxud tez-tez sidiyə getmə kimi şikayətlərin arxasında çox vaxt gözardı edilən bir səbəb yatır: çanaq dibi əzələlərinin disfunksiyası.
Şiddətli qasıq ağrısı, cinsi əlaqə zamanı batma hissi ya da tez-tez sidiyə çıxma kimi şikayətlərin arxasında çox vaxt gözardı edilən bir səbəb dayanır: çanaq dibi əzələlərinin disfunksiyası. Xüsusilə xroniki ağrı yaşayan şəxslərdə çanaq dibi əzələlərinin daimi yığılmış qalması zamanla ikinci bir problemə çevrilə bilər.
Çanaq dibi sidik kisəsini, uşaqlığı, vaginanı və bağırsaqları dəstəkləyən əzələ və birləşdirici toxumalardan ibarət bir quruluşdur. Bu quruluş yalnız orqanları yerində saxlamaqla qalmır; sidik, nəcis nəzarəti, cinsi funksiya və doğuş kimi proseslərdə də önəmli rol oynayır.
Lakin bu nahiyədəki əzələlər daimi gərgin qalarsa:
Tualet vərdişlərində dəyişiklik
Cinsi əlaqə zamanı ağrı
Vaginal nahiyədə təzyiq və ya dolğunluq hissi
Oturarkən narahatlıq
Çanaq nahiyəsində yanma və ya bıçaq saplanırmış kimi ağrılar
kimi əlamətlər ortaya çıxa bilər.
Daimi ağrı hissi bədəni müdafiəyə keçməyə məcbur edir. Çanaq dibi əzələləri də bu müdafiə refleksi ilə qeyri-iradi şəkildə yığılmış qala bilər. Zamanla bu vəziyyət həm mövcud ağrını artırır, həm də yeni problemlər doğurur. Bu qapalı dövr içində əzələlər boşala bilmir, qan dövranı pozulur və ağrı xronikləşir.
Hər problemin mənbəyi orqanlar deyil
Ginekoloji ağrıların mənbəyi hər zaman orqanlar deyil. Bəzən quruluşların ətrafındakı əzələlər, sinirlər və birləşdirici toxumalar əsas problem ola bilər. Bu səbəbdən, xüsusilə uzun müddətdir keçməyən qasıq və vaginal nahiyə ağrılarında çanaq dibinin qiymətləndirilməsi aparılmalıdır.
Çanaq dibi ilə əlaqədar problemlərdə şəxsə uyğun planlama lazımdır. Bu prosesdə:
Çanaq dibi fizioterapiyası
Manual terapiya texnikaları
Lazım olan hallarda botoks tətbiqləri
Ağrının mənbəyinə yönəlik cərrahi müdaxilə
birlikdə qiymətləndirilə bilər.
Çanaq nahiyəsində keçməyən ağrılar, cinsi əlaqə zamanı narahatlıq ya da tualet vərdişlərində dəyişiklik yaşayırsınızsa, çanaq dibi problemləri baxımından qiymətləndirilmək üçün mütəxəssis rəyi almanız olduqca önəmlidir.
Şübhəniz varsa, təxirə salmayın
Şokolad kistası səssiz irəliləyə bilər. Müayinə və görüntüləmə ilə vəziyyəti aydınlaşdıraq.