Çanaq Bölgəsində Hiss Edilən Ağrını Yüngül Qarşılamayın
Qadınların reproduktiv funksiyaları üçün son dərəcə vacib olan orqanlar çanaq bölgəsində yerləşir. Bu bölgədə yaranan çanaq ağrıları bəzən qəfil ortaya çıxır, bəzən isə uzun müddətdir varlığını hiss etdirən xroniki ağr
Qadınların reproduktiv funksiyaları üçün son dərəcə önəmli olan orqanlar çanaq nahiyəsində yerləşir. Bu nahiyədə meydana gələn çanaq ağrıları bəzən qəflətən ortaya çıxır, bəzən isə uzun müddətdir varlığını hiss etdirən xroniki ağrılar ola bilər. Çox vaxt qarın nahiyəsində hiss olunan çanaq ağrıları sancı ya da əzələ yığılması tipində ağrılar ola bilər. Əgər çanaq ağrıları 6 aydan uzun müddətdir davam edirsə və insanın həyat keyfiyyətinə təsir edirsə, xroniki ağrı olaraq qəbul edilir və tibbi yardım alınması lazımdır.
Qadınlarda çanaq ağrısına aybaşı dövründə olduqca tez-tez rast gəlinir. Bundan başqa soyuqlama ya da fərqli səbəblərə görə də görülə bilən çanaq ağrılarını bəzi hallarda tərləmə, qusma, ürəkbulanma kimi vəziyyətlər də müşayiət edə bilər. Çanaq nahiyəsindəki orqanlarla əlaqədar problemlər çanaq ağrılarına səbəb ola bilər. Bu səbəbdən çanaq ağrıları ginekoloji səbəblərə bağlı, hamiləliyə bağlı, bağırsaq ya da sidik kisəsi problemlərinə bağlı çanaq ağrıları olaraq kateqoriyalara ayrıla bilər. Bununla belə, əgər çanaq ağrısı çox şiddətlidirsə və bir neçə həftədir davam edirsə, mütəxəssis həkimə müraciət olunması, ətraflı müayinə və radioloji araşdırma prosesinə başlanması məsləhət görülür.
Çanaq ağrısı əsasən çanaq sümüyünün yerləşdiyi nahiyədə hiss olunur. Bu nahiyədə yerləşən yumurtalıqlar, bağırsaqlar, sidik kisəsi, uşaqlıq və fallop borularına aid patologiyalarla əlaqədar yaranan ağrılar adətən qasıq ağrısı olaraq ortaya çıxır. Çanaq ağrısı bir çox fərqli səbəbdən qaynaqlana bildiyi üçün diaqnoz qoyulması çətin ola bilər. Bundan başqa müalicəsi də çanaq ağrısına səbəb olan xəstəliyə görə dəyişir.
Çanaq ağrısı ilə əlaqədar dəqiq diaqnoz qoyulması üçün ilk növbədə infeksiyanın olub-olmaması qiymətləndirilir. Sidik və qan analizlərindən sonra lazım görülərsə radioloji müayinələrə və kiçik cərrahi müdaxilələrə müraciət edilə bilər.
Endometrioz (şokolad kistası), adenomioz, interstisial sistit (ağrılı sidik kisəsi sindromu), fibromialgiya, ektopik hamiləlik, uşaqlığın qalınlaşması, yumurtalıq xərçəngi xroniki çanaq ağrılarına səbəb ola bilər. Çanaq ağrılarının müalicəsi müəyyən edilə bilən səbəbə görə təyin olunur. Əgər ağrıya səbəb olan amil müəyyən edilə bilmirsə, ağrının keçirilməsinə yönəlik müalicə tətbiq olunur. Ağrının tamamilə müalicə edilə bilmədiyi hallarda prioritet insanın həyat keyfiyyətini artırmağa yönəlik müalicə üsullarının tətbiq edilməsi olur. Bu müalicələr arasında antibiotik, antidepressant, doğuşa nəzarət həbi, hormon müalicəsi, ağrıkəsici, fizioterapiya, qidalanma müalicəsi kimi müalicələr tətbiq edilə bilər. Bu müalicələrə cavab alınmaması halında cərrahi prosedurlara müraciət edilməsi söz mövzusu ola bilər.
Şübhəniz varsa, təxirə salmayın
Şokolad kistası səssiz irəliləyə bilər. Müayinə və görüntüləmə ilə vəziyyəti aydınlaşdıraq.