Randevu Tələb Et

Şokolad Kistasının Over (Yumurtalıq) Rezervinə Təsiri Nədir?

Şokolad kistası olan infertil (sonsuz) qadınlarda yumurtalıq rezervi olduqca aşağı vəziyyətdədir. Endometrioz cərrahiyyəsinə bağlı yumurtalıq zədələnməsinin fərqli bir mexanizm vasitəsilə yumurtalıq (over) rezervinə təsir etdiyi düş

Şokolad Kistasının Over (Yumurtalıq) Rezervinə Təsiri Nədir?

Şokolad kistası olan infertil (sonsuz) qadınlarda yumurtalıq rezervi olduqca aşağı vəziyyətdədir. Endometrioz cərrahiyyəsinə bağlı yumurtalıq zədələnməsinin fərqli bir mexanizm vasitəsilə yumurtalıq (over) rezervinə təsir etdiyi düşünülür.

“Assisted Reproduction and Genetics” adlı jurnalın dərc etdiyi bu araşdırmada Arizona Universiteti, Brigham Qadın Xəstəxanasında çalışan tədqiqatçılar 2015-ci ilin aprel ayı ilə 2018-ci ilin may ayı arasında “Süni Mayalanma” müalicəsinə müraciət edən 671 nəfəri araşdırdılar. Bu araşdırmaya daxil edilən şəxslər hallara görə üç fərqli qrupa bölündü. Birinci qrup “endometriozu olan və əvvəllər over cərrahiyyəsi əməliyyatı keçirmiş qadınlar”, ikinci qrup “endometriozlu və əvvəllər over cərrahiyyəsi əməliyyatı olmamış qadınlar”, üçüncü qrup “endometriozu olmayan və kişi sonsuzluğu səbəbindən hamilə qala bilməyən qadınlar” olaraq ayrıldı və hallar toplandı.

Hallar qruplara bölündükdən sonra bu şəxslərin qanındakı anti-müllerian hormon (AMH) və follikulstimulə edici hormon (FSH) səviyyələri/nisbətləri təyin edilərək araşdırıldı. Bu araşdırma ilə over cərrahiyyəsi keçirən ya da keçirməyən endometriozlu qadınların orta AMH səviyyəsinin; kişi sonsuzluğu səbəbindən hamilə qala bilməyən qadınlarda daha aşağı səviyyədə olduğu təyin edildi. Kişi faktorlu sonsuzluğu olan şəxslərlə müqayisə edildikdə isə daha çox endometriozlu qadınlar 1 ng/ml-dən daha aşağı AMH səviyyəsinə sahibdirlər.

Bu araşdırmada kişi faktorlu sonsuzluğu olan qadınlarla müqayisə aparıldıqda, endometrioza bağlı sonsuzluğu olan qadınların FSH səviyyələrinin daha yüksək olduğu təyin edilmişdir. AMH inkişaf etməkdə olan yumurtalıq hüceyrələrinin ifraz etdiyi hormon olaraq bilinir. Aşağı AMH səviyyəsi, aşağı over rezervi ilə korrelyasiya təşkil etdiyi üçün yaxşı bir yumurtalıq rezervi indikatorudur.

Şübhəniz varsa, təxirə salmayın

Şokolad kistası səssiz irəliləyə bilər. Müayinə və görüntüləmə ilə vəziyyəti aydınlaşdıraq.

Randevu Tələb Et